Daxili İşlər Nazirlyinin maliyyəsinə təyinat olub

0
Ramil Usubov

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə görə, polis polkovniki Elfan Əliyev DİN-in Maliyyə-plan İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O, bundan əvvəl idarədə şöbə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib və onun yerinə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.