15 C
Baku
Thursday, May 9, 2024

Daxili Nəzarət və Komplayns departamentinin mütəxəssisi – YapiKredi Bank

Daxili Nəzarət və Komplayns departamentinin mütəxəssisi

Vəzifəyə olan tələblər:

– Ali təhsil;
– Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə 1 illik iş təcrübəsi;
– Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmalıdır;
– Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
– Sertifikatlı Daxili Auditor olmaq və ya bu imtahana başlamaq üstünlük sayılır;
– Yaradıcı yanaşmaya malik olmaq və ünsiyyət qurmaq qabiliyyəti vacibdir.

Funksional Öhdəliklər:

– Bank aktivlərinin qorunması və cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi;
– Günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
– Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi, Daxili nəzarət departamentinin müdirinin məlumatlandırılması;
– Bankın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.

Namizədlər özləri haqda məlumatı (CV) bu ünvana göndərə bilərlər: [email protected]

Son xəbərlər
 ⁠
Digər xəbərlər