7 C
Baku
Sunday, December 15, 2024

Daxili Təhlükəsizlik Xidmətinə Təhlükəsizlik üzrə Nəzarətçi – DəmirBank ASC

“DəmirBank” ASC Daxili Təhlükəsizlik Xidmətinə Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinə işəqəbul elan edir.

Vəzifə öhdəlikləri:

• Bankın əsas binasında buraxılış rejminə nəzarət edilməsi, hər hansı bir nöqsan, təhlükəsizlik qaydalarının pozulması, şübhəli şəxs və əşya gördükdə xidməti tədbir görülməsi və birbaşa rəhbərinə hesabatın verilməsi;
• Müəyyən olunmuş buraxılış rejminə nəzarət edilməsi;
• Qorunan obyektdə giriş-çıxış zamanı işçilərin və ya digər şəxslərin ofisə keçirdiyi əşyalara və ofisdən çıxarılan əşyalara nəzarət edilməsi;
• Kamera vasitəsilə mühafizə rejminə əsasən və mövcud qrafikə uyğun olaraq monitorinqlər aparılması və bu barədə birbaşa rəhbərinə məlumatların təqdim edilməsi.

Namizədə qarşı tələblər:

• Orta ixtisas təhsili (ali təhsili olanlara üstünlük verilir);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləmə və qərarvermə qabiliyyəti olmalı;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 may  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Təhlükəsizlik Xidmətinə -Təhlükəsizlik üzrə nəzarətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DMRBNK16052017

Son xəbərlər
Digər xəbərlər