27 C
Baku
Saturday, July 27, 2024

Daxili uşaqla daxili tənqidçi arasında gedən mübarizə: kim haqlıdır?

Ness Lab-ın qurucusu Enn-Laura Le Kanf daxili səsimizdən öz xeyrimizə istifadə etməyi tövsiyə edir. 

Günlərin birində rəssam Pablo Pikasso söyləyib: “Gənc olmaq üçün xeyli vaxt sərf etməlisən”. Yetkin yaşına çatmış insanlar uşaqlıqda nümayiş etdirdikləri maraq üçün darıxırlar, rəssamlar isə itirilmiş yaradıcılığı geri qaytarmağa çalışırlar. Yaradıcılıq prosesi çox vaxt daxili uşaqla daxili tənqidçi arasında gedən davamlı mübarizə kimi görünür. Bəs bu döyüş yaradıcı tarazlığa çevrilə bilərmi?

Gənc olmaq

Gənc olmaq maraqlı olmaq deməkdir: uşaqlar orta hesabla saatda 107 sual verirlər. Lakin yaşlandıqca daha sürətli qərar verməyə kömək edən faktiki biliklər, praktiki qısa yollar və zehni modellər toplayırıq. Bizim cəmiyyətdə sürət məhsuldarlığın göstəricisi hesab olunur və buna görə məqsədlərə çatmağın ən sürətli yolunu axtarırıq. Bizim üçün əsas odur ki, istədiyimiz nəticəni tez əldə edək. Adətən “nə üçün?” haqqında heç kim düşünmür. 

Özümüzə verdiyimiz suallar çox vaxt özünəgüvən hissinin zəif olmasından irəli gəlir: “İşimi kifayət qədər yaxşı yerinə yetirdimmi?”, “İnsanlar bu haqda nə düşünürlər?” və s. Daxili tənqidçimiz düzgün cavab axtarmağı və strukturlu problemlərdə başqalarından öndə olmağı tələb edən sistem tərəfindən tərbiyə olunub. Əgər onu dinləsəniz yaradıcı deyil, standart iş görmüş olarsınız. 

“Daxili uşaq” anlayışı ənənəvi olaraq psixologiyada həll olunmamış uşaqlıq problemlərinin şüursuz arxetipini təsvir etmək üçün istifadə olunsa da, bu fikir yaradıcı tarazlığınızı artırmaq üçün də faydalı ola bilər. Düşünün: yetkin yaşına çatmış “mən” daxilinizdəki uşaqla vaxt keçirirmi? Psixoloq Stiven Daymond bu haqda “Ruhun psixoterapiyası” kitabında yazır. 

Daxili tənqidçini yenidən tərbiyə etmək

Diqqət etmisinizsə, tez-tez tənqidçini necə öldürmək olar barədə danışırıq. Lakin daxili uşaqla əlaqənin yaratmaq və əvvəlki yaradıcılığı qaytarmaq, ona qalib gəlməyə kömək etmir. Əksinə, söhbət daxili tənqidçinin daxili uşaqla əlaqəsini yenidən proqramlaşdırmaqdan gedir: özünəgüvən hissinin zəif olması, mənasız rəqabət və uğursuzluğa düçar olmaq qorxusu. 

Bir çox mənfi emosional təcrübədə olduğu kimi, burada da daha doğru seçim etmək üçün daxili səsi qəbul etmək lazımdır. Bəs buna necə nail olmaq olar? Ən sadə yol özünüzlə danışmaqdır (daxili dialoq aparmaq). Tədqiqatlar göstərir ki, bu metod insanın məhsuldarlığına, o cümlədən psixiki sağlamlığına müsbət təsir edir. 

Daxili dialoqu aparmağın bir neçə yolu var. Onların hər birinə nəzər yetirək:

  1. Oyun praktikasından istifadə edin. Özünüzü yeni şeylər sınamağa məcbur edin, hədəfinizi unudun və birlikdə oynaya biləcəyiniz insanlarla ünsiyyətdə olun. 
  2. Qaçırma sevincini qəbul edin. Bu normaldır – daxili uşağınızla evdə vaxt keçirmək üçün iclasa getməmək. Həmkarlarınızla oturmaqdan çox rəsm çəkməkdən, şeir yazmaqdan və ya 3D-çap texnologiyasını öyrənməkdən zövq alırsınız? Davam edin. Qaçırma sevincini yaşayın. 
  3. Özünüzə sual verin: “niyə?”. Biliklərin sual verməyinizə mane olmasına imkan verməyin. Uşaq kimi “niyə” deyə soruşmağa davam edin. Daxili şübhənizi kəşf etməyi təşviq edən konstruktiv suallara çevirməyi öyrənin. 

Zamanla daxili tənqidçi daxili müəllimə çevrilir. Yaradıcılığınıza mane olan döyüşlər aparmaq əvəzinə, şəxsi inkişafınızı stimullaşdırın. “İnsanlar nə düşünər?” sualın yerinə “Kim mənə konstruktiv rəy bildirə bilər?” sualını verin. “Bu nə dərəcədə yaxşıdır?” sualın yerinə isə “Bu tendensiya əsasında nə yarada bilərəm?” sualını verin.

Tom Robbins yazırdı: “Xoşbəxt uşaqlıq yaşamaq üçün heç vaxt gec deyil”. Heç vaxt gec deyil. Daxili tənqidçinizi öldürün və bunun üçün daxili uşağınızın oynaqlıq və maraq kimi keyfiyyətlərindən istifadə edin. Daxili monoloqlarınız sizin həm şəxsi, həm də iş həyatınıza müsbət təsir göstərəcək. 

 

Son xəbərlər
Digər xəbərlər