7 C
Baku
Thursday, February 29, 2024

Debet kartla kredit kartının fərqi nədir?

Bir çox bank plastik kartlarının sahibləri tez-tez kredit kartlarını debet və ya yığım kartları ilə səhv salırlar. Əslində, elə “debet” anlayışının mahiyyəti “çıxma” deməkdir və hər dəfə əməliyyat həyat keçirildikdə, bunun şahidi oluruq.

Debet kartı

Debet kartları kredit kartlarına oxşasa da fərqlənir. Bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsaitdir. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul keçirilməsindən asılı olmayaraq, kart sahibinin bank hesabından müəyyən məbləğ çıxılır. Debet kartının sahibi hesabında olandan artıq pul xərcləyə bilməz.

Bununla yanaşı, debet kart sahibinin hesabındakı pulun məbləği onun maliyyə imkanları ilə məhdudlaşır. Bu qaydalara istisna olaraq, kredit kart funksiyalı debet kartını – overdraftı misal gətirmək olar və bu qayda deyil, istisna kimi çıxış edir. Qeyd edək ki, debet kartından əmək haqqı alanlar, təqaüdçülər və əmanətləri olanlar istifadə edə bilər.

Kredit kartı

Pul növü deyil, baxmayaraq ki insanlar çox vaxt kredit kartlarını “plastik pul” adlandırırlar. Bu kartlar, öz sahibinə bankdan götürülən borc pul vəsaitlərindən istifadə etmək imkanı verir və müəyyən zaman intervalında borcalan onu geri qaytarılır. Debet kartları kimi kredit kartları da məhdud pul vəsaitinə malikdir, və onun həcmi yalnız potensial kredit götürənin ödəmə qabiliyyəti ilə müəyyən edilir.

Kredit kartı üzrə ödəmələr , həm hesabda olan vəsait qalığı çərçivəsində, həm də icazəli overdraft çərçivəsində həyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər