6 C
Baku
Sunday, December 15, 2024

“Debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür” – Samir Şərifov

Debitor borc deyəndə söhbət ondan gedir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişlər alırlar. Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bağlanan müqavilələr uzunmüddətli olduğu üçün məbləğ də böyük olur: “Müqavilələr 1-3 illik layihələrlə bağlı olduğu üçün böyük məbləğdə avans ödənilir, sonra kontrakt icra olunduqca bu, artıq balanslaşdırılır. Təxminən, biz bunu dövlət büdcəsi xərclərinin 7-8%-i səviyyəsində qiymətləndiririk. Maliyyə Nazirliyi bu istiqamətdə işlər görür. Bu problemi bilirik. Tam debitor borcların aradan qaldırılması qeyri-mümkündür. Amma bunun mərhələli şəkildə aradan qaldırılması istiqamətində addımlar atılacaq”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, debitor borcların olmasını 2 əsas səbəb istisna etmir: “Bunlardan biri qurum tərəfdən idarəetmə qərarlarının vaxtında verilməməsidir. Son dövrlərdə vaxtında icra olunmayan müqavilələrin həcmi artıb. Bu yoxlamalar zamanı ortaya çıxır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər