25 C
Baku
Sunday, April 28, 2024

Dekart kvadratı nədir?

Asan həll yolu axtarırsınız? Dekart kvadratı bu məqsəd üçün ən sadə və faydalı üsuldur. Onun mahiyyəti ondan ibarətdir ki, problemi (və yaxud hər hansı bir məsələni) həll etməyə cəmi 4 suala cavab verməklə başlamaq lazımdır.

Aşağıdakı suallara dürüst şəkildə cavab verin:

  1. Bu baş versə nə olacaq? (Bundan müsbət nə qazanacam?)
  2. Bu baş verməsə nə olacaq? (Hər şey olduğu kimi qalacaq?)
  3. Bu baş versə, nə olmayacaq? (Arzulanan şeyin əldə edilməsinin mənfi cəhətləri)
  4. Bu baş verməsə, nə olmayacaq? (Arzulanan şeyin əldə edilməməsinin mənfi cəhətləri)

Bu suallarla diqqətli olun, çünki beyin ikiqat inkarı rədd etmək istəyəcək və cavab ilk sualın cavabına bənzəyə bilər. Buna yol verməyin.

Bəs “Dekart kvadratı” üsulu nəyə görə işə yarayır? Məsələ ondadır ki, həll yolu tələb edən vəziyyətlərdə eyni vəziyyətdə ilişib qalırıq. Bu vəziyyət isə “bu baş versə nə olacaqdır?”

Dekart kvadratı vasitəsilə isə vəziyyətə 4 fəqli mövqedən yanaşırıq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.