“Delta Telekom”un satışdan gəlirləri azalıb

“Delta Telekom LTD” MMM 2021-ci ili 23 milyon 919 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci ildə şirkətin mənfəəti 19 milyon 119 min manat olub ki, bu da illik müqayisədə 25% artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Delta Telekom”un cəmi satışdan gəlirləri 66 milyon 382 min manat (əvvəlki ilə nisbətən 1.3% az), cəmi əməliyyat xərcləri 36 milyon 28 min manat (əvvəlki ilə nisbətən 13% az) olub. İşçi heyəti xərcləri 5 milyon 858 min manatdan 6 milyon 232 min manata çatıb, quraşdırma və kabel işləri üzrə xərcləri isə 6 milyon 897 min manatdan 1 milyon 606 min manata düşüb.

Hesabat dövründə “Delta Telekom”un cəmi aktivləri 176 milyon 868 min manat təşkil edib ki, bu da 2.3% artımdır. Şirkətin öhdəlikləri 8% azalaraq 33 milyon 617 min manat, kapitalı isə 5.3% artaraq 143 milyon 252 min manat olub.

Bildirək ki, Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən Qafqaz regionunda aparıcı operatordur. Şirkətin nizamnamə kapitalı 27 450 manatdır və qnauni təmsilçisi Ramazan Vəliyevdir.

d2 d1

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər