23 C
Baku
Saturday, April 20, 2024

Denominasiya nədir?

Denominasiya – pul vahidinin möhkəmləndirilməsi və müəyyən nizama salınmasıdır. Bu pul islahatı bir neçə növə sahibdir:

  1. Restavrasiya (revalvasiya) – milli valyutanın ödəniş qabiliyyətinin artırılması.
  2. Nullifikasiya – köhnə pul vahidinin yenisi ilə əvəz edilməsi.
  3. Devalvasiya– milli valyutanın əcnəbi valyutalara münasibətdə dəyərinin endirilməsidir.

Denominasiya iqtisadiyyatda pulun real dəyərini dəyişir və bununla birlikdə qiymətlərin hesablanmasında, əmək haqlarında, təqaüdlərdə və s. ödənişlərdə dəyişikliklər baş verir.

Bu zaman milli pul vahidləri yeni banknotlar ilə əvəz edilir, nominalı azaldılır. Bu köhnə pul vahidlərinin rəsmi olaraq yenisi ilə əvəz olunması prosedidir. Bu dəyişikliklər dövlətin pul islahatı adlandırılır.

Valyutanın sabitləşdirilməsi adətən hiperinflyasiyadan sonra baş verir. Hiperinflyasiya nəticəsində şişirdilmiş və məhsul dövriyyəsində möhkəmlənməyən pul kütləsi intensiv olaraq azalır. Bu halda denominasiya qısa müddət ərzində sürətlə baş verir və heç də hamı məhdud şərtlərlə valyuta mübadiləsi etməyi çatdırmır.

Həmçinin denominasiyanı pul dövriyyəsini nizama salmaq və daha rahat şəkildə etmək üçün də həyata keçirmək mümkündür. Belə bir pul islahatı uzun bir müddət ərzində davam edir və bir neçə il tələb edə bilər.

Heç bir ölkə öz mövcudluğu dövründə demək olar ki, pul islahatından yan keçə bilməyib. Rekord səviyyədə inflyasiya və denominasiya statusu Almaniya (1923-cü ilin denominasiyası) və Zimbabveyə (2009-cu il)  məxsusdur. Bu zaman 1 trilyon köhnə pul 1 yeni banknota dəyişdirilirdi.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər