1 C
Baku
Saturday, December 14, 2024

Departament Direktoru (Hüquq departamenti) – PASHA Life

Struktur bölmə: Hüquq departamenti

Vəzifə: Departament Direktoru

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi): 09:00-18:00

Son müraciət tarixi:  22 oktyabr 2017-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
2. Cəmiyyətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
3. Qanunvericiliyin tətbiqi ilə bağlı Cəmiyyətin struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
4. Cəmiyyət adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
5. Cəmiyyətin cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
6. Sığorta hadisələrinin tənzimlənməsi işinin təşkili və bu sahəyə nəzarət edilməsi;
7. Cəmiyyətə daxil olan və xaric olan sənədlərin dövriyyəsi, saxlanılması və arxivləşdirilməsi işinin təşkili;
8. Cəmiyyətin daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;
9. Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
10. Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
11. Hüquqi təminat, korporativ hüquq, sığorta hadisələri və kargüzarlıq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
12. Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 2 ili rəhbər vəzifədə olmaqla ən azı 5 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası : Ali hüquq təhsili.
Dil bilikləri : Azərbaycan, İngilis və Rus dillərini yüksək səviyyədə bilməlidir.
Kompüter bilikləri : MS Office.
Üstünlüklər : Sığorta və ya digər maliyyə sahəsində iş təcrübəsi olanlara üstünlük verilir.
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlmatın düzgün ötürülməsi bacarığı, yazı qabiliyyəti, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı, liderlik və tabeçiliyindəki işçilərin motivasiyası, koordinasiya etmə/təşkilatçılıq, səlahiyyətləri bölüşmə bacarığı, işin planlaşdırması və istiqamətləndirməsi, qərar vermə bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15

Əlaqə vasitələri:

www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası:

CV-lər “Hüquq departamentinin direktoru” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

pshasgrta20297378963875

Son xəbərlər
Digər xəbərlər