“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.
Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.
Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.
İnformasiya Texnologiyaları departamenti / Proqram təminatı şöbəsi / Mütəxəssis
Tələblər:
– Ali təhsil
– Yüksək kommunikasiya bacarıqları
– Dillər: Azərbaycan dili (yazmaq, oxumaq, danışıq – əla), Rus dili (yazmaq, oxumaq, danışıq – əla), İngilis dili (texniki)
– Təşəbbüskarlıq
– Java (MVC), SQL, GIT, REST/SOAP API sıfirdan yazılması, ORACLE DB bilikləri
– Bu sahədə azı 2 illik iş təcrübəsi
Vəzifə öhdəlikləri:
– Java back-end proqramlaşdırılması
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.