10 C
Baku
Thursday, December 12, 2024

İT departamentinin Proqram təminatı şöbəsinə aparıcı proqramçı – RabitəBank

“RabitəBank” ASC İT departamentinin Proqram təminatı şöbəsinə aparıcı proqramçı vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Yeni proyektlərin yaradılması;
  • Cari proyektlərdə dəyişikliklər və onlara dəstək;
  • Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla icra olunması.

Namizədə qarşı tələblər:

  • Müvafiq sahədə (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) ali təhsili olmalı;
  • Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi olmalı (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
  • Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmalı, həmçinn ingilis və rus dili biliklərinin olması (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
  • Bank və maliyyə proyektləri üzrə iş təcrübəsinə malik olmalı;
  • Delphi, C++ builder, PL/SQL proqramlar üzrə bilikləri olmalı.

Davranış səriştələri:

  • Analitik düşünmə qabiliyyəti;
  • Böyük baza ilə işləmək qabiliyyəti;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
  • Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı

Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər