3 C
Baku
Saturday, December 14, 2024

Depozit faizləri yüksəlib

Azərbaycanda müddətli depozitlərin həcmi tarixi maksimum yeniləyərkən, onların banklar üçün xərc göstəricisi də yüksəlib. Ümumilikdə, depozit faizlərində artım müşahidə edilib.

Banker.az xəbər verir ki, 2024-cü ilin mayında yeni cəlb edilmiş depozitlərin orta faiz göstəricisi 7.95%-dən 8.06%-ə qalxıb. Xarici valyutada isə 2.46%-dən 3.32%-ə yüksəlib.

Mərkəzi Bankın ötən həftə açıqladığı statistik bülletenə əsasən, cəmi depozitlər 1 iyun 2024-cü il tarixinə 34 milyard 835.2 milyon manat, bunun 7 milyard 625.46 milyon manatı fiziki şəxslərin, 5 milyard 133.83 milyon manatı hüquqi şəxslərin müddətli depozitlərdir. Bank sektoru 2024-cü ilin ilk 5 ayında 332.7 milyon manat depozitlər üzrə faiz ödənişləri həyata keçirib. Bunun 285.4 milyon manatı müddətli depozitlərdir. O cümlədən, bunun da 79.3 milyon manatı maliyyə sektoruna ödənilən depozitlər olub. Müddətli depozitlər üzrə ödənişlər 19 faiz yuxarı olub.

Şirkət və təşkilatların müddətli depozitlərin orta faizləri may ayında 6.16%-dən 6.17%-ə qalxarkən, əhalinin depozit orta faiz depozitləri 9.28%-dən 9.31%-ə qədər yüksəlib.

Azərbaycanda hökumət cari ildən depozitlər üzrə diferensial vergi siyasəti tətbiq edir. Məsələn, aylıq faiz gəliri 200 manata qədər olan depozit faizləri 10%-lik vergidən azaddır. Söhbət burada milli valyutada cəlb edilən depozitlərdən gedir. Belə ki, 2016-2023-cü illərdə depozitlər faizdən azad idi. 2023-cü ildən etibarən bununla bağlı qanun müddəti uzadılmamışdı və bu, depozitlərdə faiz gəlirində 10% əlavə xərcə səbəb olmuşdu.

Mərkəzi Bankın yeni sədri “manatın dəyərini” ölçən uçot faiz dərəcəsini işə salmaq üçün çalışır. Bu səbəbdən də requlyator bir sıra monetar alətlərlə bazara təsir etməklə faizlərin təsir gücünü artırmaq istəsə də, bu, depozit və kredit bazarında hələdə effektsizdir. Baş bankir son açıqlamalarında bunu “avtonom” təsirlərlə əlaqələndirmişdi.

Belə ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 2023-cü ilin son rübündən 9.0%-dən may ayına qədər 7.25%-ə salıb. Ölkədə depozitlər üzrə orta faizlər 8.21%-dən 8.38%-ə qalxarkən, orta kredit faizləri 14.38%-dən 14.40%-ə cüzi düşüb. Əhaliyə verilən kreditlər üzrə orta faizlər 16.06%-dən 16.09 faizə qalxıb.

 

Son xəbərlər
Digər xəbərlər