27 C
Baku
Saturday, July 27, 2024

Depozit gəlirlərinə vergi tətbiqi ardından portfel “daralır” – 10% vergi yükü, üstəlik 14%-ə yaxın inflyasiya “yeyintisi”

Azərbaycanda hökumətin depozit gəlirləri üçün tətbiq etdiyi 7 illik vergi güzəştini fevralın 1-dən dayandırması banklardakı portfellərə təsir etməyə başlayıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslərin banklarda depozit qoyub gəlir götürən müddətli əmanətlərinin həcmi 2023-cü ilin mart ayında 6 milyard 311.5 milyon manata düşüb. Bu, son bir ayda 24.6 mln manat, yaxud 0.4%-lik azalmadır.

Azərbaycanda 2015-ci ildə iki ard-arda baş verən devalvasiya ardından bankda depozit qoyan şəxslərin illik gəlirliliyinə görə tətbiq edilən 10%-lik vergi 7 il müddətinə təxirə salındı ki, əhali banklardakı depozitlərini geri çəkməsin və eləcə də milli valyutanı banka qoymaqda maraqlı olsun. Bu, hökumətin həmin dövrdə manata olan təzyiqləri azaltmaq üçün tətbiq etdiyi addımlardan biri idi.

Ölkədə illik 14%-ə yaxın inflyasiya şəraitində banklar maksimum 11%-lik illik gəlir təklif edir. Belə, olan şəraitdə isə inflyasiya onsuz da əmanətlərdən illik əlavə 14% “yeyir”. Yəni cari ildə 100 manatlıq pulun alıcılıq qabiliyyəti növbəti ildə daha 14% aşağı olur.

İlin ikinci ayından isə artıq vergi bərpa edilib. Yəni 10 000 manat həcmində depozitiniz 10% illik gəlirlə yerləşdirilibsə, o zaman illik 1000 manat gəlirdən 100 manat dövlətə vergi kimi ödənməlidir. İndiki şəraitdə həmin məbləğdə depozit isə əlavə 140 manat da inflyasiya yeyir. Beləliklə, depozit investisiya aləti kimi cari durumda effektli sayılmır.

Mərkəzi Bankın sədri Taleh Kazımov, sonuncu mətbuat konfransında deyib ki, Azərbaycanda yerli bankların və xarici bankların yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin 10 % dərəcə ilə vergiyə cəlb edilməsi depozit portfelinin həcminə “ciddi təsir göstərməyəcək”.

Kazımov bunun qanunvericiliyin tələbi olduğunu hesab edərək, güzəştlərin ləğvinin əmanət bazasına hər hansı təhdid yaratmadığını demişdi. Bildirmişdi ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu, kredit faizlərinə təsir etsin.

AMB sədrinə görə, bunu qarşıdakı təhlillər əsasında deyə biləcəklər.

324242342342342324

Banker.az-ın monitorinq qrupunun araşdırmasına görə, Azərbaycanda banklar demək olar ki, bu faiz xərclərini qarşılamaq üçün çox az sayda təşəbbüslə çıxış edərək faizləri yüksəltdi.

Qeyd edək ki, fiziki şəxslərin ümumi depozitlərinin həcmi 11 milyard 719.50 milyon manat təşkil edib. Bunun 5 milyard 408 milyon manatını tələbli depozitlər təşkil edib. Göründüyü kimi, fiziki şəxslərin müddətli depozitlərinin həcmi azalsa belə, bunu qismən də olsa “kompensasiya” edən tələbli depozitlər var. Lakin burada əsas fərq budur ki, tələbli depozitlər müddətli depozitlər kimi uzunmüddətli maliyyə mənbəsi deyil, anidir.

Hüquqi şəxslərin depozitlərinin həcmi 20 mlrd. 906.9 manatdan 20 mlrd. 213.7 mln. manata düşüb.

 

Son xəbərlər
Digər xəbərlər