-2 C
Baku
Tuesday, February 27, 2024

Deputat: Dolların kəskin qalxması mümkün deyil

“Sentyabrda dolların qiymətinin artması ilə bağlı fikirlərin heç bir əsası yoxdur”.

Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. 

Onun sözlərinə görə, Mərkəzi Bank yumşaq devalvasiya siyasəti həyata keçirir:

“Manat yumşaq devalvasiyaya məruz qalacaq. Bu, çox düzgün siyasətdir. Manatın qorunub-saxlanması, əlbəttə ki, problemli məsələdir”.

Deputat Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması ilə bağlı verdiyi açıqlamaya da münasibət açıqlayıb:

“Federal Ehtiyat Sisteminin tərkibinə daxil olan qurumların əksəriyyəti belə bir fikir yürüdüb ki, valyuta siyasətini qoruyub-saxlamaq üçün faiz dərəcələrini müəyyən qədər artırmağa ehtiyac var. Amma bu məsələyə baxılır. Nə qərar verilib-verilməyəcəyi məlum deyil”.

V.Əhmədov hesab edir ki, manatın əsas vəziyyəti dünya bazarında neftin bazar qiymətindən asılıdır:

“Çünki bizim ixracımızın əsasını neft təşkil edir. Neftin qiymətində ciddi dəyişiklik yoxdur. 45-50 dollar arasında dəyişir. Bu proses ilin axırına kimi belə vəziyyətdə qalacaq. Ona görə də dolların qiymətinin artması ilə bağlı gəzən fikirlər şayiədən başqa bir şey deyil”.

Son xəbərlər
Digər xəbərlər