13 C
Baku
Friday, May 24, 2024

Deputat Elman Rüstəmovun tələsdiyini deyir

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, bu məsələdə tələskənlik olub: “Mərkəzi Bankın sədri Elman Rüstəmov manatı devalvasiya (ucuzlaşma) gösləyəcəyini əvvəlcədən bəyan etməklə bir qədər tələsdi”.

Bununla belə V.Əhmədov əlavə edib ki, manatın kursunun süni şəkildə sabit saxlanması ölkənin büdcəsinə doğrudan da mənfi təsir göstərirdi: “Təsəvvür edin ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün təkcə bu ilin əvvəlində 1,5-2 milyard dollar xərcləyib. Daha belə davam edə bilməzdi. Çünki Mərkəzi Bankın da ehtiyatları sonsuz deyil”.

V.Əhmədov bununla belə əmindir ki, manatın kursunun düşəcəyi barədə açıqlama verərkən daha ehtiyatlı olmaq lazım idi: “Bu siyasəti daha yumşaq aparmaq lazım idi ki, əhali arasında ajiotaj yaranmasın”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər