4 C
Baku
Friday, March 29, 2024

Deputat: “Rəqabət yaradılmasa, hər manatdan səmərəli istifadə edə bilməyəcəyik”

“Bu qanunun mahiyyətində maraqların konflikti durur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, 30 il işğal altında olan əraziləri düşmən tapdağından azad etməyimiz bu cür qanunların qəbulunun əhəmiyyətini xüsusilə artırır: “Bir vaxtlar Azərbaycana qoyulan sərmayələrin 80%-ə qədəri xarici sərmayələr idi. Amma 2021-ci ildə bu göstərici 27 %-dir. 2026-ci ildə isə xarici sərmayələrin 22 %-ə enməsi proqnozlaşdırılır. Ona görə də bu kimi qanunların xarici sərmayələrin cəlbinə nə qədər təkan verəcəyi aydınlaşdırılmalıdır. Kiçik, orta bizneslərlə bağlı qanunun qəbul edilməsini alqışlayıram. Amma bu kimi qanunların işləməsi üçün əlverişli rəqabət mühiti yaradılmalıdır. Ona görə də Rəqabət Məcəlləsinin qəbulu üçün məqsədyönlü addımların atılmasını sürətləndirməliyik. Azərbaycana xarici sərmayənin cəlbediciliyini artırmaq üçün buna getməliyik. Bu qanun işləsə, bütün Azərbaycanı azad iqtisadi zonaya çevirə bilərik. Amma qanun işləməsə, hamı üçün rəqabət yaradılmasa, hər manatdan səmərəli istifadəni təmin edə bilməyəcəyik. Bu qanun bütövlükdə Azərbaycanda, o cümlədən azad olunmuş ərazilərdə mühüm layihələrin həyata keçirilməsinə şərait yarada bilər”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər