2 C
Baku
Sunday, December 15, 2024

Deputat: “Regionlarda girov tələbi ləğv edilməlidir”

Azərbaycan kifayət qədər ərzaq məhsulları idxal etdiyi üçün ƏDV-nin diferensiallaşdırılmasına, rüsumların sıfırlanması və süni qiymət artımına qarşı antiinflyasiya tədbirlərinin gücləndirilməsinə ehtiyac var.

Bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, hazırda, ərzaq təhlüükəsizliyi qlobal çağrışdır.

“Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Mərkəzi Bankı arasında saziş bağlansın ki, regionlardakı fermerlərin kreditlərə əlçatanlığı asanlaşsın və faiz dərəcələri də kifayət qədər azaldılsın.

Bununla bağlı, digər əsas məsələ regionlarda girov məsələsinin həllidir. Hesab edirik ki, ümumiyyətlə regionlarda girov tələbi ləğv edilməlidir. Çünki şəhərdə insanların girov qoymaq imkanı var, amma regionda bu imkan yoxdur”, – V. Əhmədov bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər