6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Deputat Reklam Agentliyini rüşvət almaqda ittiham edir

Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyev Dövlət Reklam Agentliyinin ləğv edilməsini təklif edib. 

O, çıxışında qeyd edib ki, gənclərin daha çox olduğu yerlərdə, köşklərin önündə sağlamlığa zərərli olan siqaretin reklamı gedir:

Halbuki açıq məkanda siqaretin, spirtli içkilərin reklamı qadağandır. Bunun qarşısını Reklam Agentliyi almırsa, deməli, burada korrupsiya faktı var. Demək ki, onlardan rüşvət alınır. Köşklərin ön şüşələri siqaretlə örtülübsə, bundan böyük reklam ola bilərmi? Bu köşklər də məktəblərin yaxınlığında yerləşir. Ümumiyyətlə, reklamların yerləşdirilməsi səlahiyyəti bələdiyyələrə verilməlidir və Reklam Agentliyi ləğv edilməlidir”.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər