13 C
Baku
Friday, March 29, 2024

Deputatın sahib olduğu BOKT böyük kredit borcuna girib

Mebel istehsalçısı “Embawood”a yaxın olan “Embafinans Bank Olmayan Kredit Təşkilatı” QSC 2019-cu il ərzində böyüyüb.

Banker.az xəbər BOKT-un 2019-cu il üzrə audit hesabatına istinadən xəbər verir ki, təşkilatın aktivləri 42% böyüməklə 42.08 mln. manata qədər artıb.

“Embafinans”ın  böyüməsində müstəsna rolu kredit portfeli olub. Portfel 38.99 mln. manat təşkil etmişdir. Əlavə edək ki, BOKT 2019-cu ildən başlayaraq qapalı səhmdar cəmiyyətə çevrildiyini elan edib.

BOKT-un kreditlərinin 87%-dən yuxarısı, yəni, 34.08 mln. manatı fiziki şəxslərə verdiyi kreditlərdir. Bunun da 33.3 mln. manatı (97%) sırf istehlak kreditləridir.

Aktivlərinin 5,03 mln. manatı isə BOKT-un əmlakıdır.

Kredit və digər borcları artmaqdadır

26.15 mln. manatlıq öhdəlik. Kredit təşkilatı ötən il ərzində borc qiymətli kağızlarını 44%-dən yuxarı artaraq 4.03 mln. manata çatıb.

Lakin, öhdəliklərinin əsas artımı banklardan götürdüyü əlavə 8.36 milyon manatlıq kredit borcudur ki, bu da illik müqayisədə 86% artımın olmasıdır. “Embafinans BOKT” 2019-cu il ərzində iki bankdan ümumilikdə 18.04 mln. manatlıq kredit borcu cəlb edib. Ötən ilin iyulunda “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4.02 mln. manatlıq 11 faiz illik ödəniş faizi ilə, elə həmin bankdan oktyabrda 2.35 mln. manatlıq 13 faiz illik ödəniş ilə kredit cəlb edib. Digər krediti isə 11.67 mln. manatı ötən ilin son ayında “PAŞA Bank” ASC-dən 11% illik ödəniş faizlə götürüb.

org filename org filename 33 d35ef58c13d409d206db0f7301732c4d 282382fb8215ddaf43e2ae0807a0c5b7 e1466511112492

Xalis mənfəət var

“Embafinans” ötən il ərzində 9.92 mln. manatlıq faiz gəliri əldə etməklə 4.15 mln. manatlıq əməliyyat mənfəəti edib. Əlavə vergi ödənişindən sonra BOKT-un xalis mənfəəti 3.25 mln. manatlıq xalis mənfəət ili tamamlamalı olub. Bu xalis mənfəətdən sonra BOKT-un bölüşdürülməmiş mənfəəti 5.93 mln. manata qalxıb.

XATIRLATMA

“Embafinans BOKT” QSC 2012-ci ildə yaradılıb, 1 yanvar 2020-ci il tarixinə 10 milyon manatlıq nizamnamə kapitalı olub.  QSC-nin nizamnamə kapitalının 60%-i Elşad Abbasov və 40% (4 mln. manatı) isə əvvəllər iş adamı kimi tanınan, hazırda Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Məşhur Məmmədova məxsusdur.

221 222 2

Son xəbərlər
Digər xəbərlər