28 C
Baku
Saturday, July 27, 2024

Deputatların əmək pensiyalarına əlavələr yeni qaydada hesablanacaq

Azərbaycan Milli Məclisinin və Naxçıvan Ali Məclisinin fəaliyyətdə olan deputatlarının pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanacaq.

Bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 21-də keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihəsində öz əksini tapıb.

Bu dəyişiklik, eyni zamanda, Milli Məclis sədrinin, onun birinci müavinin və digər müavinlərinin, komissiya sədrinin və komissiya sədrinin müavininin əmək pensiyasının hesablanmasına da şamil edilir. Həmçinin Naxçıvan Ali Məclisinin sədrinin, müavinlərinin əmək pensiyasının hesablanmasına da şamil olunacaq.

Qeyd edək ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisnadır.

Qanun layihəsi qəbul olunduğu təqdirdə, 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər