17 C
Baku
Saturday, May 18, 2024

Detroit şəhəri müflis oldu

The Wall Street Journal-ın verdiyi məlumata əsasən, çərşənbə axşamı günü federal hakim Stiven Rods ABŞ-ın “avtomobil paytaxtı” olan Detroit şəhərinin müflis olmasını təsdiq etdi. Qeyd edək ki, şəhərin borcu 18 milyard dollar təşkil edir.

Qərara əsasən, bələdiyyə yalnızca borcun kiçik bir hissəsini ödəməlidir. Şəhərin həmkarlar ittifaqı nümayəndələri və təqaüd fondları Detroit şəhərinin müflis olmasına qarşı çıxmışlar və bildirmişlər ki, şəhər öz maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarındadır.

Qeyd edək ki, iyul ayında şəhər qüvvələri büdcə ilə bacarmadıqlarını və müflis olmağa doğru getdiklərini etiraf etmişdilər. Məmurlar yaxın zamanda borcların azaldılması ilə bağlı planı fedaral hakimə təqdim etməlidirlər. Gümanlara görə hakim təqaüdlərin maddi azaldılmasını nəzərdən keçirəcək.

Beləliklə Detroit şəhəri ABŞ tarixində ən böyük müflis-şəhər oldu. Şəhər XX əsrin ikinci yarısında amerikan avtomobil sənayesinin böhranı fonunda müflisləşməyə başlamışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər