26 C
Baku
Saturday, July 27, 2024

“Deutsche Bank” hibrid iş rejiminə keçəcək

Pandemiya bitdikdən və işçilər ofisə qayıtdıqdan sonra işçi sayı və aktiv miqdarına görə Almaniyanın ən böyük maliyyə konqlomeratı hibrid iş rejiminə keçəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yeni iş formatının daha çox rahatlıq təmin edəcəyinə inanır.

“Deutsche Bank”ın maliyyə direktoru Ceyms fon Moltkeyə görə, işçilərin ofislərə nə kütləvi qayıtmağa başlayacağını proqnoz etmək çətindir. Şirkət Nyu-York və Londondakı filiallarda bunun “yaxın bir neçə ayda” baş verə biləcəyini düşünür.

Moltke əməkdaşların evdən işlədikləri günlərin sayını müstəqil şəkildə seçə biləcəklərini vurğulayır. Bu qərar işçilərin özləri ilə də razılaşdırılıb. Sorğu nəticəsində respondentlərin 90%-nin pandemiyadan sonra evdən işləmək istədiyini söyləyib.

Bundan əlavə, bank ofis sayını azaltmağı və bəzilərini yeni formata uyğun olaraq yenidən qurmağı planlaşdırır. “Ofis binaları yeni şəkildə işləyəcək, əməkdaşlıq və orta iş qurulacaq”, – deyə mesajda bildirilir.

Qeyd edək ki, daha əvvəl hibrid rejimə keçmək barədə “JP Morgan” və “Standard Chartered” bankları məlumat yayıb. Sonuncunun baş direktoru hətta şəxsi kabinetindən imtina edib.

Son xəbərlər
Digər xəbərlər