9 C
Baku
Friday, December 13, 2024

“Deutsche Bank”ın rəhbəri Almaniyada resessiya riski və Çin təhlükəsi barədə xəbərdarlıq edib

Almaniya Rusiyanın enerji resurslarından həddən artıq asılı vəziyyətə düşdüyü üçün iqtisadiyyatda tənəzzüldən qaça bilməyəcək, bunu “Deutsche Bank”ın rəhbəri Kristian Zevinq deyib. Buna baxmayaraq, Zevinq ümid edir ki, ölkə iqtisadiyyatı kifayət qədər sabitdir və mərkəzi banklar böhrandan uğurla çıxmaq üçün cəld və qətiyyətlə reaksiya verəcəklər.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Zevinqin sözlərinə görə, Avropa ayrı-ayrı ölkələrdən və regionlardan asılı olmağın təhlükəli olduğunu öyrənib. Top-menecer bildirib ki, indi Almaniya artan təcrid və gərginliyi nəzərə alaraq, Çinlə münasibətlərə dair “utancverici sualla” üzləşməlidir. “Bu asılılığın azaldılması üçün Rusiya enerjisinin dayandırılmasından daha az əsaslı dəyişikliklər tələb olunmayacaq”, – o deyib.

Bundan əlavə, “Deutsche Bank”ın rəhbəri ABŞ banklarının genişlənməsində təhlükə görür və hesab edir ki, Avropanın rəqabət aparmaq üçün öz böyük banklarına ehtiyacı var. “Bank işində ölçü önəmlidir və biz bu sahəni amerikalılara vermək istəmiriksə, Avropa böyük banklar üçün lazımi şərait yaratmalıdır.

İtaliyanın “UniCredit” bankının rəhbəri Andrea Orsel, Avropanın 2024-cü ildə və ya daha sonra bərpa olunacağı “nisbətən dayaz resessiya” ilə üzləşdiyini söyləyib.

Avropa İttifaqı və xüsusilə Almaniya iqtisadiyyatları koronavirus pandemiyasından sonra yüksək inflyasiya və yüksək enerji qiymətləri, xüsusən də təbii qaz çatışmazlığından əziyyət çəkir. Rusiya qış mövsümü ərəfəsində bazarda qıtlıq yaradan “Şimal axını” qaz kəməri ilə nəqli dayandırıb. Birja qiymətləri demək olar ki, martın əvvəlindəki rekorda yüksəlib (1 MVt/saata 345 avro). Sentyabrın əvvəlində onlar Avropa Komissiyasının Rusiya boru kəməri qazının qiymətinə məhdudiyyət qoymaq və enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq etmək niyyətini elan etdikdən sonra düşməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər