İnstitusionalizm
From ..::Banker.az::..
İnstitusionalizm - müasir mərhələdə postsosialist transformasiyasının nəzəri mənbəyi kimi də baxılır. O, iqtisadi təfəkkür və düşüncəni istiqamətləndirir. Burada iqtisadi qərarların qəbulunda - institutlar, dövlət, qanunçuluq, ictimai təşkilatlar, strukturlar, ənənə və sair iqtisadi, qeyri-iqtisadi xarakterli təsisatlar mühüm rol oynayaraq, iqtisadi münasibətlər şəbəkəsində əhəmiyyətini nümayiş etdirir. İqtisadi münasibətlərin subyektlərini, şəxsi maraqlarını öyrənməyə etiraz edən institusionalizm ictimai motivlərə, insanların davranışlarına üz tutur və bazarın avtomatik tənzimlənməsi konsepsiyasını tənqid edir.
Mənbə: Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com