Ekspertiza
Ekspertiza (expertise) – nəzarət obyektində maliyyə məsələləri üzrə qərarların iqtisadi səmərəliliyini və hüquqi nəticələrini müəyyən etmək məqsədilə onların qəbul edilməsinin ilkin qiymətləndirilməsidir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı
Ekspertiza - (latınca - expertise - təcrübəli, məlumatlı) -
1) cəlb olunmuş mütəxəssislər (ekspertlər), ekspert komissiyası tərəfindən nəticə aktı ilə yekunlaşan (ayrı-ayrı hallarda keyfiyyət uyğunluğu sertifikatının verilməsi) təhlil, tədqiqatların aparılması;
2) pul nişanlarının, qiymətli kağızların, sənədlərin doğruluğu, həqiqiliyi, əslinə uyğunluğu üzrə aparılan yoxlanış;
3) əmtəənin, işin, xidmətin keyfiyyət yoxlanışı.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com