7 C
Baku
Thursday, December 12, 2024

DİM iki şirkətlə anlaşdı – təmir işlərini bu şirkət görəcək

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin tender komissiyası bildirir ki, 2018-ci il iyulun 22-si və avqustun 3-də dərc edilmiş OpScan16 optik skanerlərin ehtiyat hissələrinin satınalınması üçün açıq tenderin yekun protokoluna uyğun olaraq “Bakinity Distribution” MMC qalib elan edilib.

Banker.az bu barədə qurumun açıqladığı məlumata istinad edir.

O cümlədən, 2018-ci il iyulun 26-sı və avqustun 8-də dərc edilmiş DİM-in regional bölmələrinin inzibati binalarında (Xaçmaz, Bərdə və Gəncə) təmir işlərinin satınalınması üçün açıq tenderin yekun protokoluna uyğun olaraq “Azəraqrartikinti” ASC qalib elan edilib.

Qeyd edək ki, hər iki şirkətlə müvafiq satınalma müqaviləsi ­bağlanıb.

Son xəbərlər
Digər xəbərlər