9 C
Baku
Wednesday, December 11, 2024

“Disney” gələn həftə minlərlə əməkdaşını işdən çıxaracaq

“Walt Disney Co.” şirkəti gələn həftə minlərlə işçisini ixtisar etməyi elan etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, ixtisarlar televiziya bölməsinə, kino biznesinə və əyləncə parklarına təsir edəcək, üstəlik şirkətin mövcud olduğu bütün regionlarda baş verəcək. İxtisarların ilk dalğası üzümüzə gələn bazar ertəsi elan edilə bilər.

“Disney” nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Şirkət rəhbərliyi fevral ayında illik 5.5 milyard dollarlıq xərclərin azaldılması proqramı çərçivəsində işçilərin sayını təxminən 7 min nəfər ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.

“Disney” səhmləri çərşənbə günü 2% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 13.9% artıb, “S&P 500” indeksi isə bu müddət ərzində 7.8% artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər