Enn Suini maraqlar, kömək qəbul etmək bacarığından, dürüstlükdən və televiziyadan danışdı.
Enn Suini televiziyada öz karyerasına Nickelodeon kanalında başlayır. Burada o, asssitent, daha sonra isə satışlar bölməsinin müdiri qismində 12 il çalışır. 1993-cü ildə Rupert Merdok Suinini FX Networks Inc –in baş direktoru vəzifəsinə təyin edir. Burada o, FX Entertainment və FXM şirkətlərinin əsas kabel şəbəkələrini işə salır. Onlar FOX şirkətinin filmlərini translyasiya edirdilər.
Walt Disney Company şirkətinə Suini 2006-cı ilin əvvəlində dərhal DisneyChannel –in prezidenti vəzifəsi qismində qoşulur.
Hal-hazırda Suini ABC TV, ABC Studios və Disney Channels-ə nəzarət edir. Onların tamaşaçı auditoriyası 166 ölkədə 431 milyon nəfər insan təşkil edir. Forbesin ən nüfuzlu qadınlar reytinqində 55 yaşlı Suini 24-cü yeri tutur. O, ailəlidir və onun iki övladı var.
Suini müsahibələrin birində belə deyir:
- “Təhsil və professional irəliləyiş çox mühimdir. Mənim üçün öyrənməyin ən məhsuldar yolu – narahat şərtlərlə tamamilə yeni vəziyyətlə qarşılaşmaqdır.
- Mən nəyəsə nail olmaq istəyən çox qadın görürəm. Onlar özlərinin fikrincə uğurlu insanlara xas olan davranış qaydalarını təqlid etməyə çalışırlar. Ən ağıllı insan olmaq cəhdləri qısa bir zamanda insanı məğlubiyyətə gətirib çıxarda bilər.
- Uğura komandada ən yaxşı oyunçu olmağı istəməklə nail olmaq olar.
- “Mən bilmirəm” – ifadəsi insanın dürüst olması deməkdir. Bəzən, cavablar tapmaq üçün sizə suallar lazımdır.
- Mənim sizə verə biləcəyim ən əsas məsləhət – kömək qəbul etməyə hazır olun. Hər şeyin öhdəsindən özünüzün gələ biləcəyinə inanmayın. Çünkü bu mümkün deyil. Kömək qəbul edin.
- Televiziya daim inkişaf edir. Texnologiyalardakı irəliləyişlərə nəzər yetirin. Bu sənaye heç vaxt statik olmayıb. Və nu mənə ilham verir.
- Anam hər zaman mənə yeni iş yeri deyil, yeni ideyalar axtarmağa çağırırdı. Yeni ideyalar mənə özümdə yaradıcılığı kəşf etməyə kömək etdilər.
- Cəsarətlə yolunuza davam edin. Nəinki yeni ideyalar, həmçinin sizə sizin işinizdə faydalı ola biləcək yeni texnologiyalar icad edin.
- Televiziya sənayesinin möhtəşəmliyi hər yeni günün o birisindən fərqlənməyindədir. Mən heç vaxt iş yerimdə darıxmamışam və əminəm ki, heç vaxt da darıxmayacam.
- Mənə elə gəlir, mənim hər zaman bəxtim gətirib. Lakin bunu heç vaxt başa düşməmişəm. Mən sadəcə olaraq fikirləşirdim ki, gənc bir şirkətdə məsuliyyətli iş qazanmışam. Və biznesə açıq baxışlarım var idi. Lakin onu necə idarə edəcəyimi bilmirdim.
- Məhz bu vəziyyətin sayəsində, mən hər şeyə sahib olduğum bütün bacarıqları mənimsəyə bildim.
- Hər zaman hər şeylə maraqlandığım üçün yeni ideyalar, yeni ixtiralar kəşf edirəm.
- Bugünkü gündə sosial şəbəkələr mənim işimin mühim bir hissədir.
- Siz insanları onları nələrin narahat etdiklərini başa düşməlisiniz.
- Siz sizi əhatə edən aləmi başa düşməlisiniz.
- Hər zaman özünüzə “Niyə də yox?” sualını verin. Mən heç vaxt suallardan qaçmıram. Özünüzə suallar verin. Cavabları dinləyin.
- Yaxşı komanda oyunu təşkil etmək üçün insanlara onların ortaq bir işlərinin olduğunu və komandadan birinin yıxıldığı təqdirdə o birinin də uğursuzluq yaşayacağını başa salın.
- Sən heç vaxt nə qədər ağıllı olduğunu bilmirsən.
- Valideynlərim hər zaman mənə: “Sənin gələcəyin sənin seçimindir”, – deyirdilər. Və bu mənə özümü tapmağa kömək etdi.
- Özünüz olun”.