“Disney”in sabiq rəhbəri və hal-hazırda direktorlar şurasının üzvü Bob Ayqer şirkətdəki səhmlərinin 50%-ni 98.7 milyon dollara satıb. Onun əlində hələ 555 min səhm qalıb.
Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Bob Ayqer 2005-ci ildə bəri “Disney”ə rəhbərlik edib, 2020-ci ilin fevralında isə vəzifəsini Bob Çapekə təhvil verib. Buna baxmayaraq, böhran dövründə kömək etmək üçün şirkətdə lider olaraq qalıb.
Hal-hazırda Ayqer “Disney”in direktorlar şurasının icraçı sədri vəzifəsini tutur, lakin 2021-ci ilin sonunda şirkətdən ayrılmaq niyyətində olduğunu söyləyir. “Bloomberg”in qeyd etdiyi kimi, 2020-ci ildə vəzifəsini tərk edən zaman Ayqer 150 milyon dollarlıq səhm paketinə sahib olub.
CEO olduğu müddətdə Ayqer “Pixar”, “Marvel”, “Lucasfilm” və “21st Century Fox” ilə müqavilə bağlayıb.