10 C
Baku
Thursday, December 12, 2024

Dizelə tələbatın yüksəlməsi ilə əlaqədar SOCAR istehsalı artırıb

“Cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunub”.

SOCAR-dan verilən məlumata görə, neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil edib, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişib.

“Bu da əsasən dizel yanacağına ölkə daxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması, həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır”, – deyə məlumatda vurğulanıb.

SOCAR-dan bildirilib ki, bunun müqabilində kimya sənayesinin məhsullarının ixrac həcmi artıb. 2018-ci ilin yanvar-mart aylarında yüksək təzyiqli polietilenin istehsalı 3% artıb, məhsulun ixrac həcmi isə təqribən 11% yüksəlib. Həmçinin butilen butadien fraksiyasının istehsalı 11% artaraq, həmin məhsulun ixracının 12% yüksəlməsinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər