“Rusiyanı beynəlxalq internet şəbəkəsindən ayıra bilərlər”.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev ölkə KİV-inə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın internet seqmentindən ayrılması haqqında qanun bu istiqamətdə uyğun risklər fonunda muxtar idarəetməyə imkan verir.
“Məlum olduğu kimi internetin idarə edilməsində ABŞ-ın istinasız hüququ var. Odur ki, kiminsə fikrinə gələrsə, fövqəladə hadisə olarsa onda bu baş verəcək”, – D.Medvedev bildirib.
O, internet açarının okeanın o tayında olduğunu da vurğulayıb.