28 C
Baku
Saturday, June 25, 2022

Dmitri Peskov: “Rusiya Ukraynanın dəmir yolu ilə taxıl ixracına mane olmur”

Dünyada aclıq təhlükəsinə səbəb olan problemin mənbəyi Rusiya deyil, ona qarşı sanksiyalar tətbiq edənlər və bu tədbirlərin özləridir.

Banker.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya tərəfi həmişə kifayət qədər etibarlı taxıl ixracatçısı olub. Ukrayna kifayət qədər etibarlı taxıl ixracatçısı olub. Rusiya tərəfi Ukraynanın dəmir yolu ilə taxıl ixracına qətiyyən mane olmur. Polşadan silahlı qatarlar gələndə həmin qatarlarda taxılı ora geri aparmağa heç kimi maneə olmur”, – deyə Rusiya prezidentin sözçüsü vurğulayıb.

BMT-nin qlobal ərzaq böhranının formalaşmağa başladığı ilə bağlı xəbərlərinə münasibət bildirən Peskov qeyd edib ki, Moskva BMT-nin bu mövqeyi ilə tamamilə razıdır və Rusiya Prezidenti Vladimir Putin də bu yaxınlarda BMT-nin baş katibi Antonio Quterreşlə söhbəti zamanı belə bir potensial təhlükə ilə razılaşıb: “Quterreş bu barədə Moskvada ikitərəfli təmasları zamanı danışıb. Bu, doğrudur. Taxıl məsələsinə gəlincə, Prezident bildirib ki, tətbiq olunan sanksiyalar hazırda müşahidə edilən çöküşə gətirib çıxarıb”.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər