26 C
Baku
Thursday, May 30, 2024

“Dogecoin” internet valyutasına çevriləcəkmi?

“Robinhood” şirkətinin Baş direktoru Vlad Tenev “Dogecoin”in niyə internet valyutasına çevriləcəyini izah edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sizcə, DOGE “Visa” ilə rəqabət aparmaq üçün nələr etməlidir?

Treyderlər arasında məşhur olan “Robinhood” proqramı “Dogecoin”i heç də dərhal qəbul etməyib. Bununla belə, bu gün “dogi” hamı üçün əlçatandır. Köçürmələr zamanı treyderlərin ödədiyi komissiya çox aşağıdır – 0.003 dollar – bu, DOGE-ni köçürmə məbləğinin təxminən 1-3%-ni tutan ənənəvi kart şəbəkələrinə yaxşı alternativə çevirir.

“Dogecoin” şəbəkəsi hazırda saniyədə 40 əməliyyat həyata keçirir (“Visa”da bu 60 mindir). Kart operatoru ilə rəqabət aparmaq üçün “doge”nin keçirmə tutumunu 10 min dəfədən çox artırmaq lazımdır.

Vlad Tenevin bu postu İlon Mask tərəfindən yüksək qiymətləndirilib – milyarder “Dogecoin”in təşviqində mühüm rol oynayır və hətta onun komandasının bir hissəsi sayılır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər