Cənubi Amerikanın iqtisadiyatının böyüklüyünə görə TOP 3-lüyə daxil olan Argentina son zamanlarda dərin maliyyə böhranı ilə üzləşri. Hökumətin böyük həcmdə borcalmaya getməsi ölkəni defolt fəziyyətə gətirə bilər.
Banker.az CNBC-yə istinadən bildirir ki, bu qənaət ölkənin Beynləlxalq Valyuta Fondundan (IMF) 50 milyard ABŞ dolları həcmində borc istəməsidən sonra baş verir.
Argentina Mərkəzi Bankı uçot dərəcəsini 45%-dən 60%-dək qaldırıb.
Bu addımla Mərkəzi Bank sürətlə dəyərdən düşən milli valyuta – pesonu qorumağa çalışır. Yerli valyuta ABÇ dolları qarşısında çökməkdə davam edir və illik devalvasiya 45%-ə qədər gəlib çatıb. Hazırda 1 ABŞ dolları 39 Arg. pesosudur.