1 C
Baku
Saturday, December 14, 2024

Dollar düşür, qızıl qalxır

Dünyada qızılın qiyməti zəifləyən dollar qarşısında mühüm artışlarla 1 800 dolların üzərində möhkəmləndi.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 09:20 radələrinə qızılın unsiya üzrə qiyməti 1 806.21 dollara qədər artmaqla, ticarət sessiyası ərzində 4.43 dollar yaxud, 0.25% üzərində artım göstərdi.

Son iki gündə qızılın qiyməti zəifləyən ABŞ dolları qarşısında möhkəmlənir. Belə ki, ABŞ dollarının 6 əsas rəqib səbəti qarşısındakı indeksi 0.145 bənd  (0.15%) enişlə 95.845 bənd səviyyələrinə qədər geriləmə yaşadı.

10 illik dövlət istiqrazlarının gəlirliliyi 1.808%-dən 1.778%-ə qədər eniş edib.

ABŞ-da inflyasiya gözləntiləri bir qədər yüksəlib və bu da öz növbəsində Federal Ehtiyatlar Sisteminin faiz artımına getməsi ilə bağlı gözləntiləri artırıb. ABŞ-da 2021-ci ilin noyabrında qeydə alınmış 6.8% inflyasiyanın dekabr ayında 7%-ə yüksələcəyi proqnoz edilir.

“Goldman Sachs” proqnoz edir ki, ABŞ FED-i 2022-ci ildə dörd dəfə faiz artımına gedəcək.

Ölkənin büdcə balansındakı kəsirlə bağlı sabahkı açıqlamada azalma olacağı proqnoz edilir. Öncəki ayda 191 mlrd. dollarlıq kəsirin 25 mlrd. dollara qədər azalacağını da ehtimal edirlər.

 

Son xəbərlər
Digər xəbərlər