Dollar dünyanın ən stabil və məşhur valyutasıdı. Burada ilk növbədə ABŞ dolları nəzərdə tutulur. Artıq məlumdur ki, bundan başqa Avstraliya, Beliz, Kanada, Yeni Zellandiya, Sinqapur, Tayvan, Bruney və s. ölkələrində milli valyuta qismində öz dollarları mövcuddur.
100 dollar hazırda ABŞ-da buraxılan ən böyük nominallı banknotdur. Əvvəllər isə 500, 1000, 5000 və 10 000 dollar nominalında da banknotlar buraxılırdı. ABŞ tarixindən ən böyük nominallı banknot – 100 000 dollar yalnızca 1945-ci ilə qədər buraxılırdı. Bu banknotun və həmçinin 100 dollardan yuxarı bütün banknotların buraxılmaması barədə qadağa1969-cu il 14 iyulda Riçard Nikson tərəfindən imzalanmışdı. Lakin 1861-ci ildən başlayaraq ABŞ rəhbərliyi tərəfindən buraxılan bütün pul nişanları hazırda heç bir məhdudiyyət olmadan qəbul edilir və tam nominal dəyərə sahibdirlər. Dollar öz tarixi boyu heç vaxt öz dəyərini itirməyib!
100 dollar bütün dünyada ən məşhur banknot olsa da, ABŞ-ın özündə çox nadir hallarda istifadə edilir. Buna səbəb kiçik alış-verişlər və xidmətlər üçün həddindən artıq böyük nominallı olmasıdır. Bundan başqa, ABŞ əhalisinin çoxu böyük xərclər üçün də kredit kartlarından istifadə edir.
Maraqlıdır ki, artıq 1929-cu ildən ABŞ-ın pul nişanlarının üzərində eyni tarixi şəxsiyyətlərin təsviri əks olunub, dollar banknotlarının əksəriyyətində isə Amerika prezidentlərinin – Corc Vaşinqton, Avraam Linkoln, Endryu Cekson rəsmi təsvir olunub. Lakin burada iki istisna var – 10 dollarlıq banknotun üzərində Aleksandr Hamilton və 100 dollarlıq banknotun üzərində Benjamin Franklin.
ABŞ pullarının üzərində rəsmi təsvir olunan yeganə qadın Marta Vaşinqtondur. Onun rəsmi 1886, 1891 və 1896-cı illərin buraxılışı olan 1 dollar nominalında olan gümüş sertifikatın üzərində təsvir edilmişdi. Bir banknotun təqribi çəkisi onun dəyərindən asılı olmayaraq 1 qramdır.
Maraqlıdır ki, Amerika dolları dünya narkoticarətinin əsas valyutası hesab olunur və dövriyyədə olan bütün banknotların 97%-də kokain izləri var.