33 C
Baku
Monday, June 17, 2024

“Dollar”-ın Exceldə rolu nədən ibarətdir?

Exceldə LOOKUP&REFERENCE (Axtarış və İstinad) funksiyalarını öyrənməmişdən öncə Mütləq və Nisbi ünvan anlayışları haqqında məlumat vermək istərdik.

Nisbi ünvanlar Exceldə müxtəlif hesablamalar aparılarkən dəyişə bilən ünvanlardır. Məsələn, C1 xanasına =A1*B1 funksiyası yazıb aşağıdakı xanalara da bu funksiyanı şamil etsək, C2 xanasına =A2*B2 yazıldığını görərik.

Mütləq ünvanlar isə hesablamalar aparılarkən özündə sabit məlumatları saxlayan xanalardır. Məsələn, C1 xanasına =$A$1*$B$1 yazsaq və aşağıdakı xanalara bu funksiyanı şamil etsək, C2 xanasında da =$A$1*$B$1 yazıldığını görəcəyik. Bu o deməkdir ki, A1 və B1 xanaları sabit xanalardır.

Xanaların sabitlənməsi üçün $ işarəsindən istifadə edilir. $ işarəsi xana ünvanında hərfdən əvvəl və ya sonra qoyulur. Bəzən yanlış olaraq bu işarəni rəqəmdən sonra qoyurlar (məs. $A1$). Bu hala xüsusi diqqət yetirmək lazımdır. Funksiya yazarkən istinad edilən ünvanları mütləq ünvana keçirmək istəsəniz, xananın üzərinə gəlib F4 düyməsinə klikləmək kifayətdir. İlk dəfə F4 düyməsinə kliklədiyimizdə xananın ünvanındakı hərfin hər iki tərəfinə $ işarəsi qoyulmuş olur ($A$1). F4 düyməsinə növbəti 3 dəfə kliklədikdə $ işarəsinin A hərfinin ancaq sağ (A$1) və ya ancaq sol ($A1) tərəfinə qoyulduğunu yaxud da hər iki tərəfindən qaldırıldığını (A1) görəcəyik.

Bəs $ işarəsinin xananın müxtəlif tərəflərində olmağı nə anlama gəlir? Bu haqda danışmaq istəyirik.

Əvvəla, $ işarəsi xananın ünvanındakı hərfin həm sağ, həm də sol tərəfində olarsa, bu, xanaların sətirlər və sütunlar boyu dəyişməyəcəyi anlamına gəlir. Məsələn, aşağıdakı cədvəldə məhsulların qiymətləri EUR valyutasında verilmişdir. Anbarımıza məhsulun iki mərhələdə daxil olduğunu nəzərə alaraq, bu qiymətləri AZN qarşılığına çevirək.

ex1

Bunun üçün qeyd edilən cədvəlin yanında başqa bir cədvəl hazırlayaq. Qiymətləri AZN-lə ifadə etmək üçün partiyalar üzrə daxil olan məhsulların qiymətlərini valyuta məzənnəsinə vurmalıyıq.

ex2

Valyuta məzənnəsi B1 xanasına qeyd edilib və mərhələlər üzrə dəyişməyib. Deməli, F5 xanasına =$B$1*B5 yazmalıyıq. Çünki bu xanaya yazılan funksiyanı aşağıya və ya sağa doğru çəkəndə B1 xanası istənilən halda dəyişməməlidir.

İkincisi, $ işarəsi xana ünvanındakı hərfin sağ tərəfində yerləşərsə, bu, xanaların sətirlər boyu dəyişəcəyi, sütunlar boyu dəyişməyəcəyi anlamına gəlir.

Digər nümunəyə nəzər salaq. Aşağıdakı cədvəldə məhsulların adları və onların 2015-ci və 2016-cı illər üzrə satış miqdarları verilmişdir.

ex3

Yuxarıda göstərilən məlumatlar əsasında, satılmış məhsulun toplam satışa olan faiz nisbətini tapmaq lazımdır. Bunun üçün D3 xanasına =B3/B$6 funksiyasını yazmalıyıq. B6 xanasının hər dəfə sağ tərəfinə $ işarəsi qoymaqla B6 ünvanını aşağıya doğru çəkdikdə istinad edilən ünvanın dəyişməyəcəyini, sağa doğru çəkdikdə isə dəyişəcəyini tənzimləmiş olduq.

ex4

Üçüncüsü, $ işarəsi xana ünvanındakı hərfin sol tərəfində yerləşərsə, bu, xanaların sütunlar boyu dəyişəcəyi, sətirlər boyu dəyişməyəcəyi anlamına gəlir. Bu halı da bir nümunədə tətbiq etməyimiz üçün aşağıdakı kimi bir cədvəl hazırlayaq:ex5

Məhsulların illər üzrə göstərilən sayının yekunda olan faiz nisbətini tapaq. Bunun üçün C4 xanasının üzərinə gəlib =C2/$F2 funksiyasını yazaq. Bu funksiyanı sağa və aşağıya doğru çəkdiyimizdə aşağıdakı kimi nəticə əldə edəcəyik.

ex6

Beləliklə, mütləq və nisbi ünvan anlayışları haqqında məlumatlar əldə etmiş olduq.

Qeyd edək ki, INNAB Peşəkar Təlim Mərkəzi Excelin proffesional səviyyədə təlimi ilə məşğuldur. Mərkəzdə fəaliyyət göstərən peşəkar müəllimlərin xüsusi metodikası ilə Exceli 1 ay müddətində tam olaraq öyrənə bilərsiniz.  Təlim zamanı praktiki nümunələr üzərində A-dan Z-ə bütün əmrlər və 150 önəmli funksiya tədris olunur. İştirakçılar arasında aparılan anonim sorğu nəticəsində məmnuniyyət balı 5 üzərindən 4.8 olan kursa elə indi qeydiyyatdan keçə bilərsiniz.

Ətraflı məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər