27 C
Baku
Saturday, July 27, 2024

Dollar manata qarşı güclənməyəcək – Açıqlama

Son günlər mətbuatda 1 dolların 1,3 manat səviyyəsinə yüksələcəyi ilə bağlı məlumatlar yer almaqdadır. Xüsusilə aprel ayında növbəti devalvasiya dalğasının gözləndiyi bildirilir.

Doğrudanmı növbəti devalvasiya dalğası gəlir? 

Suala cavab verən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifov açıqlamasında bildirib ki, manat devalvasiyadan sonra özünün real dəyərini alıb. Manatın bundan artıq ucuzlaşması real deyil:

“Son günlərdə müxtəlif mətbuat səhifələrində manatın məzənnəsinin yenidən dəyişəcəyi ilə bağlı “müəllifsiz” yazılar dərc olunmağa başlayıb. Heç bir əsasa söykənməyən bu yazıların pərdəarxasındakı müəlliflərinə üz tutub deyirəm: insanları çaşdırmağa cəhd etmək lazım deyil. Əgər əlinizdə manatın məzənnəsinin yenə də dəyişə biləcəyini təsdiq edə biləcək konkret bir əsaslar varsa, onda bu fikirləri söyləyin. Belə əsaslar yoxdursa, bu çağırışlardan çəkinin. Çünki insanların arasında çaşqınlıq yaratmağa istiqamətləndirilmiş bu çağırışlar çox təhlükəlidir. Ona görə “adsız” müəlliflərə düşünməyi və məsuliyyətli olmağı tövsiyə edirəm”.

F.Yusifov bildirir ki, devalvasiyasından sonra bankların davranışı da milli valyutanın hazırkı sabit kursuna adekvat deyil: “Banklarımız bu proseslər baş verən vaxtdan milli valyutada kreditlərin verilməsini dayandırıblar. Sual olunur: Nə üçün? Rusiyada milli valyutanın iki dəfədən çox dəyər itirməsinə baxmayaraq, rublla kreditlərin verilməsi bu gün də davam edir. Bəs, biz nə üçün öz milli valyutamıza bu qədər sayğısız yanaşırıq? Axı söhbət həm də milli qürurdan gedir. Məsələnin bu cür qoyuluşu banklarımızın nüfuzuna ciddi zərbədir. Əhali banklara inamını itirə bilər. Bu, banklara lazımdırmı? Manat bizim dövriyyədə olan milli valyutamızdır. Bankların manatı hər hansı bir formada qəbul etməməsi qanuna ziddir”.

Ekspert manatın məzənnəsinin zəifləyəcəyi ilə bağlı xəbərlərin iqtisadiyyata psixoloji təsir etdiyini də vurğulayıb.

Publika.az

Son xəbərlər
Digər xəbərlər

5 ŞƏRH

Comments are closed.