9 C
Baku
Thursday, December 12, 2024

Dollar/TL cütlüyündə gözəçarpan hərəkətlənmə başladı – 5% ucuzlaşdırdı

Bir müddətdir hökumətin addımları ilə sakitlik müşahidə edilən USD/TRY cütlüyündə yenidən hərəkətlənmə müşahidə edildi.

Banker.az xəbər verir ki, dollar/TL cütlüyünün məzənnəsi bu gün 5.3% artımla 12.45 səviyyələrinə qədər artım göstərdi.

Məzənnə ötən həftə sərt enişin ardından bu həftəni 10.70 lirə ilə start verdi və dünən artıq 11.8 səviyyəsinə, bu gün isə 12.44 səviyyəsinin üzərinə çıxdı.

Ötən həftə USD/TRY üçün məzənnə 18.00-lara qədər artandan sonra 30% eniş etdi. Bu enişdə hökumətin əhalinin əllərində olan nağd valyutanın xarici valyutaya konvertasiyasının qarşısını almaq üzrə motivlərin təqdim etməsi səbəb oldu.

Bu arada ABŞ dollarının altı əsas rəqib valyuta səbəti qarşısındakı indeksi  son həftələrdə düşdükdən sonra artımla 96.30 bəndlərin üzərinə çıxdı.

EUR/USD cütlüyünün məzənnəsi 0.22% enişlə 1.1284 səviyyəsinə,

GBP/USD 0.08% enişlə 1.3421 düşdüyü halda, USD/JPY 0.18% artımla 115.00, USD/CHF 0.17% artımla 0.9189, USD/CAD 0.04% artımla 1.2827 və USD/SEK 0.29% artımla 9.0717 səviyyəsinə çatıb.

Mərkəzi Bank bu gün yol xəritəsini açıqladı və 2022-ci ildə 5% inflyasiya hədəfi olacağını bildirdi.

Son xəbərlər
Digər xəbərlər