14 C
Baku
Saturday, April 27, 2024

Dollar yenidən bahalaşır – FED deyir ki, əyləcə basmağın zamanı deyil

BANKER.AZ — Həftənin çərşənbə günü Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pouellin artan inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrinin artırılmasına fasilə verilməsini müzakirə etməyin tez olduğunu açıqlaması ardından dollar bir qədər güclənib.

Bildirilib ki, inflyasiyanın düşməsi ilə bağlı əlamət yoxdur.

FED ötən gecə, birjanın gözlədiyi kimi, dördüncü dəfə uçot faiz dərəcəsini 75 baza bəndi artırdı və beləliklə əsas kredit faizi 4.00%-ə çatıb.

Bazarlar əvvəlcə FED-in iclasın sonunda verdiyi açıqlamanı “göyərçin”, yəni yumşalma kimi oxudu və bu, yüksək inflyasiyanın qarşısını almaq üçün gələcək faiz artımlarının daha kiçik artımlarla edilə biləcəyinə dair siqnal oldu.

“Əgər bunun öhdəsindən gələ bilməsək, bir-iki il sonra inflyasiyanın nəzarət altında olmayacağını başa düşməlisiniz” – deyə, FED sədri bildirib.

Pouell bildirib ki, faiz artımı tempində dəyişiklik FED-in dekabrda keçiriləcək növbəti iclasında baş verə bilər. Lakin Cerom Pouell faizlərin əvvəllər düşündüyündən daha yüksək ola biləcəyinə dair xəbərdar edib.

Avro əvvəlcə dollara nisbətdə bahalaşsa da, daha sonra 0.5% ucuzlaşaraq 0.9825 dollara enib. Yapon yeni dollara qarşı 0.31% möhkəmlənərək 1 dollar 147.79 yen bərabər olub.

Requlyatorun son 40 ildə ən yüksək həddə çatan inflyasiyaya qarşı mübarizəsi on ildən çox müddətdə ən aqressiv yürüş kampaniyasını başladıb.

FED-in faiz artımının aqressivliyini azaldacağına dair artan gözləntilər son həftələrdə dolları valyutalara qarşı bir qədər zəiflətmişdi.

Sterlinq gün ərzində 0.82% azalaraq 1.1389 dollara düşüb. Yeri gəlmişkən, bu gün (cümə axşamı) İngiltərə Mərkəzi Bankının da 75 baza bəndlik dərəcə artımı elan edəcəyi gözlənilir, bu da son 33 ilin ən aqressiv artımı deməkdir.

Yen bu il dollara nisbətdə təxminən 22% dəyər itirib, lakin treyderlər Yaponiya üçün USD/JPY-da 150-nin qırmızı xətt olduğunu anlayaraq bundan çoxuna risk etmirlər. Necə deyərlər “yandıra” bilərlər.

Hökumət keçən ay yapon yenasını dəstəkləmək üçün rekord məbləğdə 43 milyard dollarlıq xərclədikdən sonra çərşənbə axşamı Yapononiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib ki, Yaponiyanın valyuta intervensiyalarının bazara giriş təsirini maksimuma çatdırmaq üçün gizli əməliyyatlar həyata keçirilib.

Yapon rəsmləri yenanı 32 illik minimumdan geri çəkmək üçün sentyabr ayından bəri bir neçə dəfə valyuta bazarlarına müdaxilə ediblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər