28 C
Baku
Saturday, July 27, 2024

Dollardan qazananların sevinci çox çəkməyəcək

Mərkəzi Bankın 21 fevral tarixində manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərar haqqında ekspertlər fikirlərini paylaşıblar.

Ekspert Rəşad Həsənov: “Dollardan qazanıb irəli düşənlərin sevinci qısamüddətli olacaq”

Məsələ ilə bağlı ekspert Rəşad Həsənov bildirir ki, əslində ölkə ictimaiyyətində və o cümlədən də biznes subyektlərində ümid var ki, ölkə başçısı bu məsələ ilə bağlı mühafizəkar mövqe sərgiləyəcək və manat yenidən möhkəmlənəcək. Yəni ənnənə baxımından bu məsələ az da olsa real səslənir. MB isə yeni məzənnə göstəricilərinin 24 fevralda açıqlayacağını bildirməsi və 23 fevralın ilk iş günü olması, yəni hökumətin bu gün bu məsələ ilə bağlı müzakirələr aparıb və qərar qəbul etmə ehtimallarını artırır. Sual oluna bilər ki, bəs nə üçün bu məsələ devalivasiyadan əvvəl deyil sonra müzakirə edilir. Düşünürəm ki, kəskin qərarın şənbə günü verilməsində məqsəd növbəti iki qeyri-iş günündə proseslərə rəsmi mövqe sərgiləmədən ictimai rəyi öyrənmə də ola bilər, ki növbəti rəsmi qərarlar ictimaiyətin reaksiyasına uyğun olsun. Məhz bu baxımdan gözləniləndir ki, 24 fevraldan etibarən manatın məzənnəsi birdəfəlik qaydada yenidən 7-10 % arası möhkəmləndirilsin.

Lakin, bununla belə düşünürəm ki, əslində gözlənilmədən 33.4%-lik kəskin devalvasiyanın edilməsində məqsəd Mərkəzi Bankın bundan sonrakı məzənnə siyasətində revanş əldə etməsi cəhdidir. Yəni MB 20%-lik devalvasiyanın kifayət etməsi qarşılığında 33.4% ucuzlaşma aparır və sonrakı dövrlərdə manatın kiçik faizlərlə möhkəmləndirilməsi istiqamətində kursu davam edir. Beləlikə qısa müddət ərzində manatın itirdiyi inamı bərpa edir, biznes yenidən manatla əməliyyatlarda maraqlı olur və vətəndaşlar isə ən azından qısamüddətli yığımlarını manatda saxlamağı üstün tutur. Beləliklə həm son günlərdə toplanmış dolların dövriyyəyə buraxılması prosesi başlayır və həmçinin MB -ın intervensiya xərcləri minimuma enir.

Beləliklə istənilən halda bundan sonrakı dövr üçün manatın möhkəmləndirilməsi birdəfəlik və yaxud yumşaq formada prosesi müşahidə olunacaq. Bu həmçinin bu gün valyuta bazarlarının tələbinə çevrilməkdə. Beləki, hazırda ölkə vətəndaşları və biznes yaranmış situasiyadan yararlanmaq məqsədi ilə bazarlara kütləvi dollar təklif etməkdə ki, bu da ABŞ dollarının bü günkü məzənnəsinə təzyiqləri daha da artırır.

Ölkə vətəndaşı bir gecədə itirdiyini itirib. Hətta qazanıb irəli düşənlər belə qısamüddətili sevinc yaşayır. Çünki, istehlak bazarında bahalaşma bu qazancları qısa müddətdə əridəcək və gəlirlərin indeksləşdirilməsi isə daha uzunmüddətli proses olduğu üçün vətəndaş itirdiyini əvəzləşdirə bilməyəcək. Kütləvi bahalaşma sosial vəziyyəti ağırlaşdıracaq və s.

Ekspert Elçin Bayramlının sözlərinə görə isə  MB-nin məzənnəni dəyişməsindən daha çox süni ajiotaj- ticarətçilərin qiymətləri qaldırması və alıcıların mağazalara hücum çəkməsi vəziyyəti gərginləşdirir. Manatın kursunu süni saxlamaq çox baha başa gəlirdi və bu daha çox problem yarada bilərdi. Lakin yaxın günlərdə proses geri dönəcək və tədriclə dollar ucuzlaşacaq.

Son xəbərlər
Digər xəbərlər