15 C
Baku
Saturday, April 20, 2024

Dolların alışına təlabat sürətlə artır

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 11 dəfə üstələyib. Bu barədə bank dairələrindən məlumat verilib.

Məlumata görə, banklar hərracda 550 mln. dollardan çox vəsait əldə etmək istəyib. Son nəticədə ARDNF-in hərraca çıxardığı 50 mln. dollar tam həcmdə 29 banka satılıb.

Yerli analitik qrupu hesab edir ki, növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir: “Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.

Son xəbərlər
Digər xəbərlər