11 C
Baku
Wednesday, December 11, 2024

Dolların bahalaşması üçün yeni “stimul”

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin (Jerome Powell) bu gün Vaşinqtonda, Birləşmiş İqtisadi Komissiya qarşısında iqtisadi perspektivlərin icmalı mövzusunda çıxışından sonra dolların məzənnəsi daha da yüksələ bilər.

Amerika valyutası fevralın 27-də, FED rəhbərinin Konqresdəki çıxışından sonra bahalaşmağa başlayıb.

Son nəticədə USD/EUR nisbəti ,234-dən 1,218-ə düşüb.

Qeyd edək ki, bugünki məruzədən sonra C.Pauel jurnalistlərin suallarına cavab verəcək. İnvestorlar sual-cavab əsnasında maliyyə bazarlarının volatilliklə üzləşə biləcəyini bildirirlər.

Texniki təhlillər onu göstərir ki, USD/EUR məzənnəsi 1,2092 səviyyəsində qərarlaşa bilər. Danimarkanın “Danske Bank” investisiya bankının analitiklərinin fikrincə, bu səviyyə yenidən avroya uzunmüddətli meyllənmək üçün uyğun hesab olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər