23 C
Baku
Tuesday, May 28, 2024

Dolların dünya bazarında ucuzlaşması gözlənilir

Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin qlobal valyuta bazarlarında ucuzlaşmağa davam edəcəyi gözlənilir. İnvestorların bu gün ABŞ-dan gözlədikləri iqtisadi göstəricilərin hansı yöndə açıqlanmasından asılı olmayaraq, dolların avroya qarşı məzənnəsinin enməsi davam edəcək. 

Yerli “Report” analitika qrupu hesab edir edir ki, axsam saatlarında mart ayı üçün ABŞ-da orta saat hesabı əmək haqqı göstəricisi, qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayının dəyişməsi, iqtisadi aktiv əhalinin xüsusi çəkisi, mart ayı üzrə işsizlik göstəricisi, istehsal sektorunda işgüzar aktivlik indeksi açıqlanacaq. Bu göstəricilərin dolların məzənnəsinə ən çox təsir edəni isə qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayının dəyişməsi rəqəmidir. Lakin Federal Ehtiyat Sisteminin (FES) sədri Canet Yellen bu həftə Nyu-York klubundakı çıxışında aydın şəkildə bildirib ki, apreldə uçot dərəcəsinin artımı gözlənilmir. Hətta ABŞ iqtisadiyyatında və qlobal maliyyə bazarında ciddi müsbət dəyişikliklər olmasa, iyun iclasında da faizin artırılması ehtimal edilmir.

“Bu gün isə, əmək bazarındakı göstəricinin proqnozlardan aşağı olması halında FES-in fikirlərinin təsdiqlənəcəyinin şahidi olacaq və dolların sürətlə zəifləyəcəyini görəcəyik. Yüksək olması halında isə əksər iqtisadçıların fikrincə, FES-in qərarlarında dəyişiklik olmayacaq. Çünki əmək bazarı göstəricisinin 300 min artması belə işsizlik rəqəmini azaltmağa, əmək haqlarının isə 0,4% artmasına yetmir. Qeyd edək ki, iş yerlərinin sayının bu gün 205 min nəfər, əmək haqlarının isə 0,2% artacağı proqnozlaşdırılır”, – deyə “Report”un ekspertləri bildiriblər.

Bundan başqa, fevral ayında iş yerlərinin sayının gözlənilmədən 242 min nəfər kəskin artmasından sonra martda bu göstəricinin proqnozlardan aşağı olacağı ehtimal edilir. Əmək haqlarının isə 0,4-0,5% artması bazarlara ciddi müsbət siqnal verə bilər.

Agentliyin analitikləri hesab edirlər ki, axsam saatlarında açıqlanacaq göstəricilərin istiqamətindən asılı olmayaraq dollar zəifləyəcək və avronun məzənnəsi 1,15 USD/EUR səviyyəsinə doğru artacaq. Yaxın 1-2 ayda isə məzənnənin 1,20-1,22 USD/EUR-a kimi yüksəlməsi istisna edilmir. Bu vəziyyət Azərbaycan manatına da müsbət təsir edəcək və dolların 1,35 AZN/USD-yə kimi ucuzlaşması mümkündür. Neft qiymətlərinin isə belə vəziyyətdə 50-55 dollar/barelə qədər artması ehtimal edilir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər