23 C
Baku
Tuesday, April 23, 2024

“Dolların hər gün zəyifləməyinin şahidi olacağıq”

İqtisadçı ekspert Arzu Qafarlı dolların məzənnəsi ilə bağlı fikirləri ilə Banker.azla bölüşüb.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi son iclasında açıqladığı müsbət qərarlar, dünyada dolların düşməsinə səbəb olmuşdur. Manat 21 dekabr 2015-ci ildən bu günədək ilk dəfə 1.52 manat olmuşdur. Sürətlə olmasada, amma cüzi nisbətdə dolların hər gün zəyifləməyinin şahidi olacayıq.Arzu Qafarlı musahibe

Sonrakı  aylarda isə (yayı və formula 1 nəzərə almaqla) istirahət üçün ölkəmizə gələn turistlərin sayı artacaq. Bu vəziyyət dolların bazardakı təklifini yüksəldəcək. Təklifin yüksəlməsi isə, manatın möhkəmlənməsinə təkan verəcək.

Bütün bu proseslər istehsala bir sözlə bütün iqtisadi nöqtələrə təsir edəcək. Manatın möhkəmlənməsi insanlarda manata qarşı inam yaradacaq və onlar dollardan imtina etməyə başlıyacaqlar. Əllərindəki vəsaiti yenidən manata çevirərək dövriyyəyə buraxacaqlar.

Əsasəndə əmlak bazarında yenidən canlanma hiss olunacaq. Tikinti üçün yenidən lazımı materiallar alınacaq və s.

Canlanma bank sektorundada hiss olunacaq. Kredit ödənişlərində indiki vəziyyətə nisbətən ödənişlər çoxalacaq.

Bu proses uzun müddət davam edərsə müştəri bank arasında yaranmış olan gərgin münasibət aradan qalxacaq.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər