“2020-ci ildə yenidən seçilməsəm, bazarlar çökəcək”, – deyə ABŞ prezidenti Donald Tramp bildirib. Banker.az xəbər verir ki, bu haqda “Reuters” xəbər agentliyi məlumat verib.
Hindistana səfəri zamanı Tramp, yenidən seçildiyi təqdirdə, səhmlərin yüksək səviyyəyə qalxacağını söyləmişdir. “Lakin qalib gəlməsəm (seçkilərdə), heç vaxt görmədiyiniz çöküşü görəcəksiniz”.
Liderin sözlərinə görə, bunun əsas səbəbi yayılmaqda olan koronavirus epidemiyası olacaq.
“Düşünürəm ki, hər şey nəzarət altında olacaq.. Məncə, hər şey yaxşı olacaq. Biz buna ümid edirik”, – Tramp qeyd edib.