ABŞ prezidenti Donald Tramp, ona qarşı başladılan impiçment prosesinin rəqiblərini seçici dəstəyindən məhrum edəcəyini bildirib. Bu barədə o, Florida ştatında tərəfdarlarının mitinqində çıxışı zamanı deyib.
“İnsanlar baş verənləri görmək istəmirlər. Mənə elə gəlir ki, bu bizim partiyamız üçün çox yaxşıdır. Düşünürəm ki, başladılan impiçment prosesi bizi birbaşa qələbəyə aparacaq”, – deyə prezident qeyd edir. Onun sözlərinə görə, impiçment sayəsində o əlavə olaraq iki həftə vaxt qazanıb.
Xatırladaq ki, sentyabrın 25-də Nümayəndələr Palatası Donald Trampa qarşı impiçment prosedurunun başladığını elan etmişdir. Bunun əsas səbəbi kimi Amerikan liderinin ukraynalı həmkarı olan Vladimir Zelenskiy ilə telefon danışığı zamanı ona təzyiq göstərməsi göstərilir.
Noyabrın 23-də konqresdə impiçment məsələsinin dinləmələri sona çatmışdır. Ağ ev bunu “vaxt itkisi”, Donald Tramp isə “Amerika xalqı üçün biabırçılıq” adlandırıb.