Donald Tramp Çinə gəlib

ABŞ Prezidenti Donald Tramp Amerika nümayəndə heyəti ilə birlikdə Pekinə gəlib. Bu barədə “Sinhua” xəbər agentliyi məlumat yayıb.

Trampın Çinə səfəri mayın 13-dən 15-dək davam edəcək. Bu, ABŞ prezidentinin ölkəyə son doqquz ildə ilk səfəridir. Səfərlə bağlı razılaşma Trampın 2025-ci ilin oktyabrında Busanda (Cənubi Koreya) Çin lideri Si Cinpin ilə görüşü zamanı əldə olunub. Həmin vaxt siyasətçilər Si Cinpinin ABŞ-yə cavab səfəri barədə də razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər