10 C
Baku
Thursday, December 12, 2024

Donald Tramp “greencard”ı ləğv etmək niyyətindədir

Nyu-Yorkda terror aktı törətməkdə şübhəli bilinən özbəkistanlı Sayfullo Saipov ABŞ-a viza lotereyası (qrin kart) vasitəsilə gedib.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Terrorçu ölkəmizə Çak Şumerin (demokrat senator – red.) çox bəyəndiyi müxtəlifliyin təşviqi məqsədilə keçirilən immiqrasiya vizası loteraysını qazanaraq gəlib. Daha demokratların dəstəklədiyi lotereya sisteminin olmaması məqsədilə dəyərlər kriteriyası əsasında immiqrasiya sisteminin tətbiqi üçün çox sərt mübarizə aparırıq. Daha sərt və ağıllı olmalıyıq”, – Tramp yazıb.

ABŞ prezidenti immiqrasiya icazəsinin yalnız ABŞ iqtisadiyyatının ehtiyac duyduğu qiymətli peşəkar bacarıqlara malik əcnəbilərə veriləcəyi sistem tətbiq etmək niyyətində olduğunu qeyd edib.

Xatırladaq ki, Nyu-Yorkda kişi yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub, sonra məktəb avtobusuna və digər nəqliyyat vasitəsinə çırpılaraq yaralanıb və polis onu saxlayıb. Hadisə nəticəsində 8 nəfər həlak olub, azı 15 nəfər yaralanıb.

FTB insidenti terror aktı kimi nəzərdən keçirir.

Florida ştatında yaşayan özbəkistanlı Sayfullo Saipov hadisəni törətməkdə  şübhəli bilinir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər